23 May 22:12

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların keçmiş dövlət katibi Reks Tillersonu "daş kimi küt" adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edilir ki, Tramp Reks Tillersonu sabiq dövlət katibinin ABŞ prezidentinin 2017-ci ildə Rusiya prezidenti Vladimir Putinlə görüşə yaxşı hazırlaşmaması haqqında fikirlərindən sonra tənqid edib.

Buna cavab olaraq Tramp onu "küt" adlandırıb. ABŞ prezidenti qeyd edib ki, keçmiş əməkdaşının fikirləri ilə qəti razılaşmır.

"Baxın, ABŞ-da işlər necə gedir!", - deyə Tramp vurğulayıb.


Müəllif: Teleqraf.com