23 May 2019 22:55
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Natanz şəhəri yaxınlığındakı kənddə qadın müğənninin mahnı ifa etməsi rəsmilərin sərt reaksiyasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə tarixi Əbyanə kəndində baş verib.

Nigar Müəzzamın ifa etdiyi mahnı internetə yüklənəndən sonra izləyicilərin diqqətini cəlb edib.

Müğənninin kəndə ailəsilə turist səfəri etdiyi deyilir. Səyahəti təşkil edən şirkətin də məsuliyyətə cəlb olunacağı bildirilib.

Ali Dini Rəhbərin yerli nümayəndəsi olayı "biyabırcı hərəkət" kimi təsvir edib. Ruhulla Əmini hadisənin Ramazan ayında baş verdiyini xüsusi qeyd edərək, hüquq-mühafizə ilə ədliyyə orqanlarını "küfrə" qarşı ölçü götürməyə səsləyib.

Natanzin qubernatoru həmçinin başqa hadisə iştirakçılarını da müəyyən etməyə səsləyib.

İran qanunvericiliyi ictimai yerdə qadınların mahnı oxumasına və rəqs etməsinə icazə vermir.

Sosial şəbəkə istifadəçilərinin çoxu müğənniyə dəstək versələr də onu tənqid edənlər də var.

Onlardan biri deyir ki, hakimiyyət belə bir hala diqqət yetirməsə "İran İslam Respublikası ilə Türkiyə, Malayziya kimi... " ölkələr arasında heç bir fərq qalmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər