24 May 2019 13:30
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp onu Rusiya araşdırmasının üstünü bağlamaqda ittiham edən Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, prezidentlə sədr arasında söz atışması təhqirlə müşayiət olunub.

Trampın bəzi demokrat deputatlarla Ağ Evdə görüşündə Pelosi Rusiya araşdırmasına sərt reaksiya verərək görüşü yarımçıq kəsib. Daha sonra ölkənin gələcəyi üçün Trampın anlaşılmaz davranışlarına ailəsinin müdaxilə etməsinin vacibliyini bəyan edib.

Prezident Donald Tramp tvitter hesabında Pelosi haqqında “dəli”, “işə yaramaz” ifadələri işlədib, onu uzun müddət izlədiyini, artıq onun əvvəlki kimi olmadlığını və ağılını itirdiyini bəyan edib.

Nensi Pelosi isə Tramp haqqında belə deyib: “Son dərəcə sabit, dahi... Nə vaxt prezident kimi davranmağa başlasa, o zaman prezidentlə ticarət, iqtisadiyyat, siyasət və digər mövzularda əməkdaşlığaa başlayacağam”.

Tramp və Pelosi arasında söz atışması ABŞ mediasının gündəmindədir.


Müəllif: Cavad

Oxşar xəbərlər