Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyasının lideri postundan istefa verəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, baş nazir istefasının səbəblərini bu dəqiqlərdə açıq hava altında keçirdiyi mətbuat konfransında açıqlayır.
Mətbuat konfransı dünyanın aparıcı televiziyaları tərəfindən canlı yayımlanır.
T.Meyin partiya liderliyindən istefa verməsi avtomatik olaraq onun ölkənin baş nazirliyindən də gedəcəyi deməkdir.