Misirin İsmailiyyə şəhərində baş verən avtoqəza nəticəsində 9 polis həlak olub.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanının əməkdaşlarını daşıyan “Pikap” qarşıdan gələn yük avtomobili ilə toqquşub.
Qəzadan sonra avtomobil dərhal yanıb və nəticədə 2-i zabit olmaqla 9 polis əməkdaşı həlak olub.
Hadisəyə səbəb kimi sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi göstərilib.