Səudiyyə Ərəbistanı Tehranla bağlı siyasətini dəyişdirəcəyi halda sabah bu ölkənin paytaxtı Riyada səfərə hazıram.
Teleqraf.com xəbər verir ki, bu bəyanatı İran xarici işlər naziri Məhmməd Cavad Zərif çıxış edib.
İki ölkənin münasibətlərini şərh edən nazir bildirib ki, Bəsrə körfəzi ölkələri arasında dialoqa tərəfdardır və bu dialoqda “bir-birinə hücum etməmək” razılaşması əldə edilə bilər: “Əgər Səudiyyə Ərəbistanı hökuməti siyasətini dəyişdirməyə hazırdırsa, sabah Riyada gedə bilərəm”.
İranlı nazir bölgə ölkələri ilə əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını, amma bəzilərinin başqa yol seçdiyini və bunun hər kəsdən əvvəl həmin ölkələrin özlərinə təhlükəli yaratdığını ifadə edib.
Xarici işlər nazirinin müavini Abbas Araqçının ötən həftə körfəz turu çərçivəsində Oman, Qətər və Küveytə getdiyini xatırladan Zərif əlavə edib ki, nazir müavinin digər ölkələrə səfər etməməsi Tehranın deyil, həmin ölkələrin seçimi olub.
Xarici işlər naziri olduqdan sonra ilk məqaləsini ərəbcə Səudiyyə Ərəbistanının “Şarkul Avast” qəzetinə yazdığını xatırladan Məhəmməd Cavad Zərif aşağıdakıları qeyd edib: “Həsən Ruhani Küveyt əmrinin İranla Səudiyyə arasında əlaqələri normallaşdırmaq mesajına müsbət cavab verdi. Amma Səudiyyə şahzadəsi Məhəmməd bin Salman “İranla müzakirə ediləcək bir şey yoxdur və savaşı İran torpaqlarına keçirəcəyik” açıqlaması verdi. Dostlarımız müzakirə mərhələsini əhəmiyyətli saymadı, çünki ümidlərini başqa yerə bağlayıblar.
İran bütövlükdə körfəz ölkələrinə qucaq açmağa hazırdır”.