3 İyun 2019 00:59
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze hakimiyyət nümayəndələrini Rusiya ilə birbaşa dialoqa çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, Rusiya ilə birbaşa dialoq Tiflisə Abxaziya və Cənubi Osetiyanı qaytarmağa kömək edəcək.

“Rusiya ilə münasibətlərin nizama salınması və birbaşa danışıqlar xüsusi əhəmiyyətə malikdir. Yalnız birbaşa dialoq ərazini qaytarmağa və problemlərin həlli yollarını tapmağa imkan verəcək. Mən hakimiyyəti çağırıram, qorxunuzu bir kənara qoyun və etiraf edin ki, Rusiya ilə birbaşa dialoqsuz bu problem həll edilməyəcək”, - siyasətçi rəhbərlik etdiyi "Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının qurultayında çıxışı zamanı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər