3 İyun 2019 12:40
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün yaxtası “Savarona”da işləmiş qadın kapitan A.A.Y. ilə sevgi münasibəti yaşamış iş adamı S.A. İstanbul polisə müraciət edərək kömək istəyib.

Teleqraf.com xəbər verir kli, iş adamı onun özəl görüntülərini çəkən qadının şantajla şirkətini ələ keçirdiyini iddia edib.

Məlumatda bildirilib ki, 55 yaşlı iş adamı S.A. Şimali Kipr Respublikasında təhsil və ixracat-idxalat sahələrində fəaliyyət göstərən şirkətlərin sahibidir:

“Kapitan A.A.Y. mənimlə bağlı görüntüləri əldə edib. Bunların arasında şəxsi məlumatlar və şirkətlərimə məxsus ticarət sənədləri var. Bunlarla məni təhdid, şantaj etməyə başladı. Bu virtual məlumatları çoxaldaraq müxtəlif mənbələrdə gizlədib, buna görə məndən külli miqdarda pul alıb. Eyni zamanda, bacısı B.A.D. və B.A.D.-nin həyat yoldaşı O.D. də onun cinayət ortağıdır”.

Polis bundan sonra Baş Prokurorluğun göstərişi ilə A.A.Y.-ni saxlayıb. Lakin şantaj və təhdid iddialarını qəbul etməyən, aldığı pulu geri qaytarmağa çalışdığını deyən qadın şərti olaraq sərbəst buraxılıb.

Araşdırma davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər