Türkiyədə “Millət İttifaqının” namizədi Binəli Yıldırım “Cümhuriyyət İttifaqının” namizədi Əkrəm İmamoğlunu onu təqlid etməkdə suçlayıb.
Teleqraf.com xəbər verir ki, canlı yayımda gündəm barədə fikirlərini bölüşən Binəli Yıldırım rəqibinin xalqla mehriban münasibətdə olduğuna dair təəssürat yaratmağa çalışdığını deyib.
“Rəqibim məni təkrarlayır. Partiyanı və partiya üzvlüyünü inkar edə bilməzsən. Vətəndaşın qarşına partiyanla çıxmalısan. Qənaətim belədir. Mənim rəqibim etdiklərimi təkrarlayır. Xalqın arasından ayrılmadığını göstərməyə çalışır, amma təqlidimdən əl çəkməsini tövsiyə edirəm”.