4 İyun 2019 10:27
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim atdığımız addımlar bəllidir, əldə etdiyimiz anlaşma var. Geri dönmək müzakirə mövzusu deyil.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan Rusiyadan alınacaq S-400 hava hücumundan müdafiə kompleksi ətrafında yaranmış durumdan danışarkən deyib.

Prezident əlavə edib ki, ABŞ qarşısında təkliflərini də açıqlayıblar: “Məsələni araşdırmaq üçün bir heyət formalaşdırmaq təklifini verdik. Bizə “Patriot” sistemləri satmalarını istədik. Ancaq şərtləri Rusiya qədər uyğun deyil. Əgər uyğun olarsa, “Patriot” məsələsində də addım ata bilərik.

Təəssüf ki, ABŞ-dan S-400 kimi münasib təklif gəlmədi. Türkiyə olaraq mənfəətlərimizi düşünüb addım atacağıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər