İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH vəraminli şair Hüseyn Cənnətini həbs etdirib.
Teleqraf.com xəbər verir ki, iranlı insan haqları fəallarının verdiyi məlumata görə, H.Cənnəti İsfahan Universitetində tənqidi şer oxuyub. Bundan sonra o, SEPAH-ın İsfahan şəhər şöbəsinin məhkəməyə şikayəti əsasında saxlanılıb. Şairə qarşı “dövlət əleyhinə çalışma” ittihamı irəli sürülüb.
H.Cənnətinin bəzi dostlarının sosial şəbəkələrdə yazdıqlarına əsasən isə, o, öncə Vəramin şəhər məhkəməsinə çağırılıb. Barəsində saxlanma hökmü çıxarıldıqdan sonra isə İsfahana göndərilib.
Şairin iyunun 2-də həbs edildiyi və bu günə qədər hansı həbsxanada və hansı şəraitdə saxlandığı barədə məlumat yoxdur.
O da qeyd olunur ki, H.Cənnəti bir müddət öncə İranın ali lideri Əli Xamneyinin hüzurunda onu öyən şer oxumaqla yadda qalıb.