7 İyun 2019 14:25
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı futbolçu Kristiano Ronaldoya ABŞ-da açılmış təcavüz məhkəməsi Ketrin Mayorqanın vəkillərinin şikayətlərini geri götürməsindən sonra ləğv edilib.

Teleqraf.com xəbər verir ki, Mayorqa 2009-cu ildə Ronaldonun ona təcavüz etdiyini iddia etmiş, susması üçün 375 min dollar aldığını demişdi.

Ronaldo isə vəkilinə o gecə baş verən olayı etiraf etmişdi.

Tərəflər arasında yeni anlaşmanın əldə edilib-edilməməsi isə müzakirə mövzusuna çevrilib.

Amerikalı Ketrin Mayorqa məhkəmədə o gecə baş verənlər haqda belə demişdi:

“Mənə təcavüz edərkən ağrı çəkib-çəkmədiyimi soruşdu. Daha sonra qarşımda dizləri üstünə çökdü və mənə “Mən 99 faiz yaxşı bir insanam, qalan 1 faizi bilmirəm”, dedi”.

Kristiano Ronaldo isə 2009-cu ildə vəkilinə o gecə baş verənləri bu sözlərlə etiraf etmişdi:

“Onunla anal sekslə məşğul oldum, buna icazə verdi. 5-7 dəqiqə çəkdi, istəmədiyini dedi, amma bir tərəfdən də mənə icazə verdi. Hər şey tez başa çatdı, birdən məni itələdi. “Etmə, mən başqaları kimi deyiləm” dedi. Lakin yenə sekslə məşğul olduq, bir neçə dəfə məni kənara itələdi, amma qışqırıb kimisə yardıma çağırmadı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər