10 İyun 2019 11:31
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali İraq Kürd Muxtariyyətinə səfər edib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlunu Ərbil hava limanında muxtariyyətin yeni lideri Nərcivan Bərzani qarşılayıb.

Çavuşoğlu hava limanında kürd muxtariyyətinin rəhbər heyəti ilə görüşdükdən sonra Ərbilə doğru hərəkət edib.

Qeyd edilir ki, Türkiyənin baş diplomatı Şimali İraq Kürd Muxtariyyətinin yeni baş naziri Nərcivan Bərzaninin andiçmə mərasimində iştirak edəcək və yerli şəxslərlə, o cümlədən türkmanlarla görüşəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər