Rusiya Prezidenti Vladimir Putin Düşənbədəki Novruz sarayına gəlib.
Teleqraf.com xəbər verir ki, Rusiya liderinin səfərində məqsəd Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri Şurasının iclasında iştirak etməkdir.
Sammitin açılış mərasimi sözügedən sarayda keçiriləcək.
Qeyd edək ki, sammitdə təşkilata üzv 27 ölkənin (Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Vyetnam, Misir, İsrail, Hindistan, İordaniya, İraq, İran, Qazaxıstan, Kamboca, Qətər, Qırğızıstan, Çin, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Pakistan, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan, Şri-Lanka) və 13 müşahidəçinin (Belarus, İndoneziya, Laos, Malayziya, ABŞ, Ukrayna, Filippin, Yaponiya, həmçinin BMT, Ərəb Dövlətləri Liqası, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT, Türkdilli Ölkələrin Parlament Assambleyası) iştirakı gözlənilir.