Almaniya hökuməti Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəyə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, alman hökumətinin sözçüsü Ulrik Demmer rəsmi Ankaranı bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Ulrik Demmer bildirib ki, Almaniya hökuməti Türkiyənin qərarını NATO-nun prinsipləri çərçivəsində bir daha nəzərdən keçirməsini məmnuniyyətlə qarşılayacaq:
“Rusiya və Türkiyə arasında imzalanmış “S-400” anlaşması NATO daxilində müzakirə olunan əsas məsələyə çevrilib. Xatırlatmaq istəyirəm ki, Rusiyadan silahların idxal edilməsi ABŞ-dan sanksiyaların tətbiqinə yol açdı. Bu nə Türkiyənin, nə də NATO-nun maraqlarına uyğundur”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə son açıqlamasında NATO-dakı müttəfiqlərinə və ABŞ-a müraciət edərək, məsələ ilə əlaqədar verilmiş qərarın dəyişməyəcəyini bildirib.