30 Aprel 2014 12:56
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət departamentinin nümayəndəsi Cen Psaki Gülənlə bağlı açıqlama edib.

Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, Fətullah Gülənin ekstradisiya məsələsi müzakirə olunmayıb və ümumiyyətlə gündəmdə deyil: “Əvvəlcə Fətullah Gülənin vətəndaşlığı müəyyən olunmalıdır. O həqiqətən də ABŞ vətəndaşıdırmı? Bununla əlaqədar dəqiq heç nə deyə bilmərəm. Amma ABŞ vətəndaşı olduğunu zənn etmirəm”.

Bir gün öncə, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan Fəthullah Gülənin ekstradisiyası üçün hüquqi prosesin başlayacağını dedikdən sonra, Cen Psaki jurnalistlər tərəfindən Fəthullah Gülənlə bağlı sual yağışına tutulub. Gündəlik mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Cen Psaki, Fəthullah Gülənin qaytarılması üçün müraciət olub-olmadığı barədə sualları isə cavabsız qoyub. Mətbuat konfransına qatılan amerikali jurnalistlərdən biri “Baş nazir Ərdoğan Fəthullah Gülənin ABŞ-dan ekstradisiya edilməsini istəyəcəyini söylədi. Fəthullah Gülən ilə əlaqədar belə bir rəsmi müraciət varmı?” sualına Cen Psaki belə cavab verib: “Bu mövzuda təəssüf ki, çox az məlumat verə bilərəm”.

Psaki daha sonra jurnalistlərin israrlı suallarına cavab verməli olub: “Fəthullah Gülənin ekstradisiyası üçün müraciət edilib-edilməməsi barədə danışmazdan öncə, onun ABŞ-da hansı statusda yaşadığı öyrənilməlidir”.
Psaki, bu mövzunun insanın özəl həyatı ilə bağlı olduğunu və bu səbəbdən də sualları cavabsız qoyacağını bildirib.

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər