17 İyun 2019 13:11
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə başqanı olmağa AKP-nin namizədi Binəli Yıldırım və CHP-nin namizədi Əkrəm İmamoğlu arasında keçirilən debat beynəlxalq ictimiyyətin də diqqətini çəkib.

Teleqraf.com xəbər verir ki, agentliklər, nüfuzlu qəzetlər debata böyük maraq göstəriblər. Belə ki, ABŞ-ın “Nyu-York Tayms” qəzet yazıb:

“Türkiyə vətəndaşları İstanbulun iki əsas namizədini ilk dəfə canlı yayımda izləyərək nadir yaşadıqları bir demokratiya nümunəsi yaşadılar. Ölkədə 17 ildən sonra ilk dəfə bu cür açıq debat keçirildi”.

Qəzet bu debatın önəmli olduğunu bildirb. Qeyd edib ki, 2002-ci ildə keçirilən parlament seçkisindən indiyədək belə bir debat keçirilmirdi.

“Assoşieyted Press” isə debat zamanı müzakirələrin zaman-zaman qızışdığına diqqət çəkib:

“”Fox TV”-nin aparıcısı İsmayıl Küçükkaya 3 saatllıq debatı idarə etdi və bu zaman yüksələn hərarəti də cilovlamağı bacardı. Yıldırım tez-tez debat qaydalarını heçə saydı və ona söz verilmədən də danışdı”.

“Röyters” agentliyi seçki öncəsi belə bir debatın çox nadir hallarda olduğuna vurğu edərək 3 saatlıq debat zamanı Türkiyənin iqtisadi çətinliklərindən tutmuş İstanbulda qaçqınların sayının artmasına, 15 milyon əhalisi olan şəhərdə yaşıllıqların az olmasına qədər bütün məsələlərə toxunulduğunu yazıb.

“Blomberq” də debata geniş yer ayırıb. Xəbərdə namizədlərin bir-birinə sual ünvanladığı hissəyə diqqət yönəldilib:

“Debat ümumilikdə sakit keçdi, fəqət İmamoğlunun rəqibi özünü təkrar-təkrar əngəllədiyi üçün CHP namizədi onu müzakirə etmək imkanı əldə etdi”.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə seçki bu bazar keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər