18 İyun 2019 20:00
2 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya və Çində dəhşətli zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.

Bildirilib ki, Yaponiyada 6,4 bal, Çində isə 6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa Seysmoloji Araşdırmalar Mərkəzi Yaponiyanın Niqaata əyalətində baş verən sarsıntının 6,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı verilib. Sunami dalğalarının 1 metrdən hündür olacağı ehtimal edilir.

Çindəki zəlzələ isə Sicuan əyalətində meydana gəlib. İlkin məlumata görə, 12 nəfər ölüb, 125 nəfər xəsarət alıb.


Müəllif: Teleqraf.com