Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və kürəkəni Berat Albayraq məhkəmədə vəfat etmiş Misirin keçmiş lideri Məhəmməd Mursi üçün təşkil edilən qiyabi cənazə namazında iştirak edib.
Axar.az xəbər verir ki, qiyabi mərasim Fateh məscidində baş tutub.
“Mursi Rəbbimizə doğru yürüdü. Bunun normal ölüm olduğuna inanmıram. Mursinin vəsiyyəti var idi. Doğulduğu kənddə dəfn edilməyini istəmişdi. Bunlar yerinə yetirilmədi. Sisi (hazırki Misir prezidenti) yenə eyni zülmü nümayiş etdirdi. Bunu unutmayın: Qorxaqlar zəfər abidəsi inşa edə bilməz. Bizdə gözəl bir ifadədir: Zalım üçün yaşasın cəhənnəm. Biz də hazırda bunu deyirik: Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mursinin nəşindən belə qorxurlar. Fəqət biz müsəlmanlar dik duracağıq. Əsla güzəştə getməyəcəyik. Mursinin özəlliyi onun Misirin ilk seçilmiş prezidenti olması idi”, - deyə Ərdoğan bildirib.