19 İyun 2019 13:35
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi hesab edir ki, İrana hərbi zərbələrin endirilməsi üçün dünya ictimaiyyətinin razılığı tələb olunur. Amma bir istisna var. Bu istisna da Tehranın Amerika xalqına və ya obyektlərinə zərər verəcəyi haldır.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi sədrinin müavini, general Pol Selvaya istinadən məlumat yayıb.

O, Oman körfəzində yanacaq daşıyan iki tankerə hücumdan və onların yandırılmasından sonra Vaşinqton və Tehran arasında münasibətlərin gərginləşməsini şərh edərkən ABŞ Hərbi Qüvvələrinin dənizdə sərbəst hərəkət etmək prinsipini müdafiə etdiyini vurğulayıb.

“Bir xüsusi xəbərdarlıq: əgər iranlılar vətəndaşlarımıza, ABŞ Silahlı Qüvvələrinə aid vasitələrə təhlükə törədirlərsə bilməlidirlər ki, biz hərbi əməliyyatlardan istifadə etməklə cavab vermək hüququna malikik. Və bunu onların mütləq bilməsi lazımdır”, – deyə P.Selva vurğulayıb.

Onun sözlərinə görə, İran ABŞ-ın keçmişinə istinad edərək Amerikanın təcavüzə cavab verməyəcəyinə ümid edir:

“Sizi əmin edirəm ki, Tehran Vaşinqtonun təcavüz cəhdlərinə cavab verməyəcəyini düşünməklə səhv edir”.

Xatırladaq ki, iyunun 13-də Oman körfəzində yanacaq daşıyan iki tankerə hücum edilib. ABŞ rəsmiləri bu hadisəyə görə məsuliyyətin İranın üzərinə düşdüyünü bildiriblər. Daha sonra London və Ər-Riyad da Vaşinqtonun ittihamlarına qatıldıqlarını, məsuliyyəti İranın daşıdığını açıqlayıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər