21 İyun 2019 15:58
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir rəsmiləri iyunun 18-də məhkəmə salonunda vəfat edən ölkənin ilk seçilmiş prezidenti Məhəmməd Mursini gizli şəkildə dəfn etdikdən sonra onun məzarının görüntüsünü çəkməyə yalnız İsrail televiziyasına icazə verib.

Teleqraf.com xəbər verir ki, Qahirə rəsmilərinin Mursinin məzarını çəkmək üçün İsrailin KAN televiziya kanalının Yaxın Şərq üzrə müxbiri Roi Kaisə icazə verməsi diqqəti cəlb edib.

Roi Kais ciddi təhlükəsizlik tədbirlərinin alındığı, yerli və xarici jurnalistlərin buraxılmadığı Qahirənin cənub-şərqindəki Müsəlman Qardaşları Təşkilatının mürşidlərinin dəfn olunduğu məzarlığın önündən reportaj verib. Qəbiristanlığın içində gəzən israilli jurnalist bəyan edib ki, Misir adi və normal günlərini yaşayır, Mursinin vəfatı isə Misir küçələrində təsirini hiss etdirmir.


Müəllif: Cavad

Oxşar xəbərlər