ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə növbəti dəfə məktub göndərib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders danışıb.
“Prezident növbəti məktubu göndərib, onlar arasında yazışma mütəmadi xarakter daşıyır”, - Sanders bildirib.
Xatırladaq ki, liderlər arasında məktublaşma ənənəsi 2018-ci ildə Kim Çen İnin məktubu ilə başlayıb. Tramp hər dəfə məzmunu gizli saxlanılan məktubların “möhtəşəm” olaraq xarakterizə edir.