NATO-nun 1987-ci ildə əldə olunan Orta Mənzilli Raketlərin Ləğvinə dair Müqaviləni (INF) etibarsız elan etməsindən sonra atacağı hər addıma qarşılıq verəcəyik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Qeyd edək ki, NATO müdafiə nazirləri Moskvanın 1987-ci il müqaviləsini pozaraq orta mənzilli raketləri ləğv etməməsi halında atılacaq addımları müzakirə edir.
ABS hesab edir ki, Rusiya raket sistemi Avropaya qəfil nüvə zərbəsi həyata keçirməyə imkan yaradır.
Baxmayaraq ki, bu faktiki olaraq İNF-nin pozulması hesabına əldə edilib.