Türkiyədən qayıdan ABŞ müdafiə naziri Hegel “mənə PKK-nı İŞİD-dən daha ciddi təhlükə olaraq gördüklərini bildirmədilər” deyib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə əlaqədar şok açıqlamalar verməsindən sonra müdafiə naziri Çak Hegelin Türkiyəyə səfəri “ABŞ İŞİD-lə mübarizədə Türkiyənin gözünə kül üfürür” fikirlərinə yol açıb. Nazirin Ankara səfərindən yazan “Nyu York Tayms” qəzeti Hegelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra jurnalistlərə verdiyi açıqlamalara yer ayırıb. Hegel türk dövlət adamlarının ona PKK məsələsi ilə bağlı problemlərini danışdığını deyib. Eyni zamanda nazir bildirib: “Amma mənə qətiyyən PKK-nın İŞİD-dən daha böyük təhlükə kimi gördüklərini bildirmədilər” deyib