Rusiya S-400 havadan müdafiə sistemlərinin ilk hissəsini Türkiyəyə göndərməyə 99 faiz hazırıq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Rosoboroneksport” şirkətinin rəhbəri Aleksandr Mixiyev deyib.
“Müqavilə şərtlərini yerinə yetirməyə hazırıq. İlk hissələrin göndərilməsinə 99 faiz hazırıq. Hazırda yerinə yetirməli olduğumuz prosedurların son mərhələsindəyik. İşin logistik hissəsi ilə məşğuluq”, - deyə şirkət rəhbəri bildirib.
A.Mixiyev əlavə edib ki, ilk göndəriş plana uyğun olaraq iyul ayında baş tutacaq.