Yaponiyanın Osaka şəhərində keçirilən G-20 zirvə toplantısında iştirak edən dövlət başçılarının xanımları üçün xüsusi proqram düzənlənib.
Teleqraf.com xəbər verir ki, birinci xanımlarının Kiotoya şəhərinə səfərləri təşkil edilib.
Birinci xanımlar burada çəkdirdiyi xatirə fotosunda yalnız bir nəfər kişinin olması diqqəti cəlb edib.
Sonradan bəlli olub ki, birinci xanımların səfərində iştirak edən şəxs Böyük Britaniyanın baş naziri Tereza Meyin əri Flip Meydir.
Filip Mey birinci xanımlar üçün təşkil olunan proqramda sona qədər iştirak edib.