Türk müğənni Niran Ünsal Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı haqda səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, populyar müğənni mahnı oxumaq üçün çıxdığı səhnədə MHP liderinə dəstək nümayiş etdirib.
Niran Ünsal çıxışında bunları deyib:
“Mən Dövlət babanın heyranıyam, Dövlət Bağçalını çox sevirəm. Onunla tanış olmaq istəyirəm, heç vaxt söhbətimiz olmayıb, görüşə bilməmişəm. Amma tanış olmaq istəyirəm, bütün fəaliyyətlərini, çıxışlarını izləyirəm. Dövlətin başında Dövlət baba kimi bir adam dayanmasa, ola bilərmi?”.