“Rusiya “Promotey” tipli “S-500” hava hücumundan müdafiə sistemlərinin istehsalına başlayır”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rostex”in direktoru, hərbi ekspert Sergey Çemezov məlumat verib.
Ekspert qeyd edib ki, istehsalına yaxın vaxtlarda başlanılan yeni zenit-raketlər analoqu olmayan modern sistemlərdir:
“Rusiya bu sistemlərin satışını nəzərdə tutmayıb, komplekslər rus ordusu üçün hazırlanır. Lakin istehsal tam başa çatdıqdan sonra satışa çıxarılmaq üçün müzakirələr açıla da bilər”.