3 İyul 2019 21:39
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanin Türkiyəyə qarşı siyasətində dəyişikliyin baş verəcəyini gözləmirəm. Ankara-Vaşinqton xəttində problem yaradan məsələlər yalnız S-400 hava hücumundan müdafiə kompleksi ilə əlaqəli deyil. Bu mənada ABŞ və Türkiyə liderlərinin Osaka görüşündən sonra münasibətlərin normaya düşəcəyi haqda yanaşmalar həqiqəti əks etdirmir.

Bu fikirləri Teleqraf.com-a siyasi təhlilçi Oqtay Qasımov Türkiyə Prezidenti Ərdoğanla ABŞ Prezidenti Tramp arasında Yaponiyada baş tutan müzakirələri şərh edərkən deyib.

Oqtay Qasımov əlavə edib ki, neçə illərdir ki, ABŞ və Türkiyə münasibətlərinə zərər verən məsələlər var. Onun sözlərinə görə, bunlardan biri FETÖ terror təşkilatının lideri Fəthullah Gülənin Pensilvaniya ştatında yaşaması və bu günə qədər Türkiyəyə təhvil verilməməsidir: “Eləcədə Suriyanın şimal şərqində böyük bir ərazi ABŞ tərəfindən dəstəklənən PYD terror təşkilatının nəzarətindədir.

Və burada Türkiyəyə müəyyən təhdidlər həyata keçirilir. Türkiyənin bununla bağlı narahatlığı olsa da, ABŞ bu narahatlığı və tələbləri görməzdən gəlir. Digər problemlər də mövcuddur. Məhz bu məqamlar ABŞ-Türkiyə arasında normal münasibətlərin yaranmasına ciddi problem yaradır. Son bir ildə isə Ankara - Moskva arasında imzalanan və hava hücumundan müdafiə sisteminin alınmasına ABŞ tərəfindən ciddi etirazlar səslənir. Hətta buna görə Türkiyəyə bəzən təhdidlər də olur. Bu hallar isə Ankara-Vaşinqton münasibətlərini bir qədər də çətinləşdirir. Ancaq Türkiyə böyük bir dövlətdir və özünün təhlükəsizliyini təmin etməyə borcludur. Digər tərəfdən, Türkiyə NATO ölkəsidir və onun təhlükəsizliyi həm də Şimali Atlantik Alyansı tərəfindən qorunmalıdır. Ancaq bunların heç biri baş vermir.

Hətta Prezident Trampın dediyi kimi bir neçə il əvvəl ABŞ Türkiyənin hava hücumundan müdafiə sistemi olan “Petriot” sistemi alınması müraciətinə mənfi cavab verdi. Bu da Türkiyəni alternativ variantlar üzərində düşünməyə vadar edən addım oldu. Bu mənada Trampın Yaponiyada görüş zamanı bir qədər də yumşaq reaksiyası, hətta sələfi Barak Obamanı buna görə tənqid etməsi ümumi siyasəti dəyişməyəcək. ABŞ-ın bir dövlət kimi mexanizmi və xarici siyasəti el qurulub ki, hətta Prezident Trampın bu xətti dəyişmək imkanı yoxdur. Bu istiqamətdə bütövlükdə sistem işləyir. Bu təkcə ABŞ prezidenti ilə əlaqəli olan məsələ deyil”.


Müəllif: Cavad

Oxşar xəbərlər