ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.
Teleqraf.com-un məlumatına görə, texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb.
Hazırda həmin bombaların axtarışları aparılır. Sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.
Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.