4 İyul 2019 14:23
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahsızlaşma və dünyada strateji sabitliyin qorunması üçün ABŞ-la dialoqa hazıram və bu mövzu Yaponiyada ABŞ Prezidenti Donald Trampla müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri İtaliyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində bildirib.

Putin əlavə edib ki, silahsızlaşma meydanında nəticənin əldə olunması beynəlxalq münasibətlərdə sabitliyin güclənməsinə təsir göstərəcəyini düşünür: “Rusiya bunu etmək üçün siyasi iradəyə sahibdir. İndi qərar ABŞ-dır”.

Putin qeyd edib ki, Vaşinqtonun son zamanlar Rusiya ilə dialoqu artırmağa düşünməyə başladığı görünür.

Qeyd edək ki, İtaliyaya səfər edən Putin Roma papası və İtaliya baş naziri ilə müzakirələr aparacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər