Vaşinqtonda güclü yağış nəticəsində şəhərin bir sıra rayonları su altında qalıb.
Metronun bir neçə stansiyası, eləcə də "Ağ Ev"də bəzi tikililəri də su basıb.
ABŞ prezidentinin mətbuat xidmətinin jurnalistləri "Twitter"də su basmış ofislərinin fotolarını paylaşıblar.
Bundan başqa, dəmir yolunda sərnişindaşıma ilə məşğul olan "Amtrak" şirkəti bildirib ki, Vaşinqtonun cənubuna hərəkət edən bütün qatarlar dayandırılıb.
Güclü yağış elektrik təsərrüfatının işinə də problem yaradıb. Bir neçə min insan işıqsız qalıb.