12 İyul 2019 18:38
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qəsdən adam öldürməkdə ittiham olunaraq, ölümə məhkum edilmiş bir nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, məhkum 4 gün əvvəl edam olunsa da, bu barədə xəbər yeni yayılıb.

Məlumata görə, 5 il əvvəl naməlum səbəbdən qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 42 yaşlı Mustafa Şiri Zəncan həbsxanasında dara çəkilib.

Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər