14 İyul 2019 12:33
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə Krımla sərhəddə yerləşən Çonqar nəzarət-buraxılış məntəqəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, Prezident Administrasiyası Zelenskinin 2014-cü ildən bu günədək nəzarət-buraxılış məntəqəsini ziyarət edən ilk Ukrayna prezidenti olduğunu bəyan edib.

Nəzarət buraxılış məntəqəsinin infrastrukturuna baxan Ukrayna prezidenti cari ilin sonuna kimi onun müasirləşdirilməsi barədə tapşırıq verib.

Qeyd edək ki, Krım yarımadası 2014-cü ildə keçirilən referendumla Rusiya tərkib hissəsinə çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər