17 İyul 2019 15:03
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın cənubundakı Dera əyalətində hərbi avtobil partladılıb. Nəticədə 4 Suriya əsgəri həlak olub, 14-ü yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” əyalət polisindəki mənbəyə istinadən məlumat yayıb.

“Deranın Dahiya rayonunda olduqları avtomobildə mina partlaması nəticəsində 4 Suriya hərbçisi həlak olub, 14-ü yaralanıb”, – deyə mənbə bildirib.

Mənbə əlavə edib ki, terrorçular hərbçiləri evdən hərbi məntəqəyə aparan avtomobildə partlayıcı qurğu quraşdırıblar.

Öz növbəsində Suriya dövlət televiziyası Dera şəhərində güclü partlayış səsləri eşidildiyi barədə məlumat yayıb. “İkhbariya” telekanalının məlumatına görə, hərbi avtomobil terrorçular tərəfindən yoldas ikən hücuma məruz qalıb.

Suriyada silahlı münaqişə 2011-ci ilin martından etibarən davam edir.


Müəllif: Səxavət