11 Sentyabr 2014 01:27
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Türkiyə ilə uzun müzakirələrə səbəb olan “FD-2000” raketdən müdafiə sisteminin bür müddət əvvəl etdiyi raket atışını ilk dəfə ekranlara gətirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, raket atışı Çin dövlət televiziyası CCTV-də verilib.

CCTV raket batereyasının 80 kilometr məsafəsində olan hədəfi 2 dəqiqə 22 saniyə ərzində vurduğu bildirilib. Telekanal vurulan pilotsuz hava vasitəsinin qırıntılarını göstərib.

“FD-2000” sisteminin bir müddət əvvəl edilən raket atışının məhz indi yayımlanması Türkiyəyə verilən bir mesaj olaraq da dəyərləndirilə bilər. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Uels sammitindən dönərkən jurnalistlərə açıqlamasında Çinlə aparılan müzakirələrdə problem yarandığını və Fransa ilə müzakirələrin aparıldığını bildirmişdi.

Qeyd edək ki, rəsmi Ankara keçən ilin sentyabr ayında raketdən müdafiə sistemi almaq üçün ABŞ, Rusiya və ya Avropadakı şirkətlərlə deyil, məhz Çinin CPMIEC şirkəti ilə müqavilə imzalayacağını açıqlamışdı. Bu şirkət isə "nüvə silahlarının yayılması ilə bağlı razılaşmaları" pozduğu üçün 2013-cü ilin əvvəlində ABŞ-ın sanksiya tətbiq etdiyi şirkətlər siyahısına daxil edilib.


Müəllif:

Oxşar xəbərlər