11 Sentyabr 2014 09:48
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatı (ATƏT) Ukraynada atəşkəsi rejimini izləmək üçün pilotsuz təyyarələrdən istifadə edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT sədri və İsveçrə prezidenti Didye Burkxalter bildirib. Burkxalter Ukraynadakı vəziyyətin qeyri-stabil xarakterizə edərək, Praqada ATƏT forumunda qeyd edib ki, təşkilat Donetsk və Luqansk bölgələrinə Ukrayna ordusu və rusiyayönlü separatçılara nəzarət etmək üçün 70 ekspert yollayıb və missiya sürətlə inkişaf edir.

“Hazırda monitorinq sxeminə ATƏT-ə üzv ölkələrini töhfəsi kimi pilotsuz təyyarələrin tez bir zamanda istifadəsinin mümkünlüyünün danışıqları aparılır. ATƏT-in özünə aid olan pilotsuzlar isə qısa zamanda (bölgədə) istifadəyə veriləcək”- deyə Burkxalter. Öz növbəsində ATƏT-in rəsmi nümayəndəsi Şiv Şarma bildirib ki, sentyabrın axırına və ya oktyabrın əvvəlinə təşkilat Ukraynaya ilk iki pilotsuz təyyarələri göndərəcək ki, sonradan daha bir neçə bölgəyə ayrılacaq. Onun szölərinə görə uçan aparatları avstriya şirkəti olan “Schiebel” hazırlayacaq.

Onu da qeyd edək ki, pilotsuz təyyarələrin göndərilməsi ATƏT missiyasının Ukraynada genişlənməsi planının bir hissəsidir.


Müəllif:

Oxşar xəbərlər