Sanksiyalarını alıb, başlarına keçirsinlər.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Türkiyəyə Şərqi Aralıq dənizində aparılan qazma işləri ilə bağlı sanksiya tətbiq etməsini şərh edən MHP başqanı Dövlət Baxçalı bildirib.
AB ilə yolayrıcına gəldiklərini deyən Baxçalı yunanları ərköyün adlandırıb: "AB-nin Şərqi Aralıq dənizində nə işi var? Ərköyün və şüursuz yunanların qanunsuz fəaliyyətlərinə yiyələnən ABŞ və Avropanın Türkiyəyə mane olmağa çalışmaları qəbuledilməzdir".