Ukraynanın gənclər və idman naziri İqor Jdanov Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkilərində səs verib.
Bu barədə İ.Jdanov öz rəsmi Feysbuk səhifəsində məlumat yayıb.
Nazir səfirliyə səsverməni təşkil etdiyinə görə minnətdarlığını bildirib:
"Öz vətəndaş vəzifəmi yerinə yetirdim. Siz də harada olmağınızdan asılı olmayaraq, səsvermədə iştirak edin və öz şüurlu seçiminizi edin".
Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir.