23 İyul 2019 10:42
2 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin təhlükəsizliyi üçün ehtiyac varsa, “S-400” sistemləri almaq olar, amma bu, Rusiyanın təsir dairəsinə düşmək formasında olmamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu deyib.

CHP lideri prezident Rəcəb Tayyib Ərdoğana xarici siyasətlə bağlı öz təklifini verib.

Kılçdaroğlu xarici siyasətdə yaranmış problemləri müxalifətlə müzakirə etmək məsələsinə toxunub:

“Xarici siyasəti ortaq fikirlə və idarə oluna biləcək formada yürütmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər