23 İyul 2019 12:41
2 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-aprel aylarında Rusiyaya gələn miqrantların sayı artıb. Bu, son 10 ildə ən yüksək göstərici hesab olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

2019-cu ilin ilk aylarında Rusiya əhalisi daxilində miqrant artımı keçən ilin müvafiq dövrü ilə müqayisədə 98 minə çatıb.

Bu il ərzində Rusiyaya işləmək məqsədilə 4.4 milyon miqrant gəlib, keçən il isə bu rəqəm 4.2 milyon olub.

Miqrantların 97 faizi MDB məkanına daxil olan respublikalardandır. Keçən illə müqayisədə Orta Asiyadan Rusiyaya gələnlərin sayı artdığı halda, Ukrayna və Moldova miqrantlarının sayında azalma müşahidə olunub.

Rusiyadakı miqrantların əksəriyyətini Ermənistan, Qazaxıstan və Tacikistandan gələnlər təşkil edir. Azərbaycan bu sıralamada yeddincidir.


Müəllif: Mənsur Rəğbətoğlu