"Taliban" terror təşkilatının Əfqanıstanın cənub-qərbində polis məntəqəsinə hücumu nəticəsində 3 təhlükəsizlik əməkdaşı həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli polisin bəyanatına istinadən "Tolo News" telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə bu gecə Qəzni əyalətində baş verib. Polisin məlumatına görə, ölənlər arasında Xoqyani rayon polis rəisi vəzifələrinin icraçısı da var. Həmçinin hücum nəticəsində 5 polis əməkdaşı yaralanıb.