27 İyul 2019 20:23
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

HTB telekanalı bu il ekranlara çıxacaq “Çernobıl” serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “TJ” yayıb.

Məlumatda deyilir ki, treyler şəbəkədən götürülməyəcəyi təqdirdə HTB məhkəməyə müraciət edəcəyi ilə hədələyib.

Telekanal treylerin şəbəkədə yerləşdirilməsi üzündən müəllif hüquqlarının pozulması barədə iddialarını artıq göndərməyə başlayıb. Belə ki, HTB treyleri özünün “iş materialı” hesab edir.
Daha əvvəl yayılan məlumata görə, Rusiyanın istehsalı olan “Çernobıl” serialının treyleri tamaşaçıların xoşuna gəlməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər