Yaponiya ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) müraciət edərək, “F-35” proqramına partnyor olaraq qatılmaq istədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi Pentaqon rəhbərinin köməkçisi Ellen Lorda məktub ünvanlayıb.
Məktubda yapon hökumətinin “F-35” proqramına qatılmaq istəyi diqqətə çatdırılıb və Pentaqondan proqram haqda detallı məlumatın verilməsi istənilib.
ABŞ-da nəşr olunan “Defence News” jurnalı isə Pentaqunun bu təklifi rədd edəcəyini iddia edib. Mənbə Yaponiyanın bu proyektə daxil edilməsinin siyasi problemlərə, digər müttəfiqlərlə gərginliyə yol açacağını vurğulayıb.
Əlavə edək ki, ABŞ bir müddət əvvəl Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəni “F-35” proqramından xaric edib.