31 İyul 2019 11:15
2 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti Sincan Uyğur Muxtar Respublikasında yüz minlərlə uyğur türkünün aylardır saxladığı düşərgələrdən evlərinə dönməsinə razılıq verib.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə Pekində Çin rəsmiləri mətbuat konfransı keçirib.

uyğur türklərinin böyük bir qisminin sərbəst buraxıldığı qeyd olunub.

Xatırladaq ki, aylardır Şərqi Türküstanda Çin hökuməti uyğur türklərini zorla toplama mərkəzlərinə yığıb. Dünyanın beynəlxalq hüquq müdafiə təşkilatları bunu insan haqlarının pozulması kimi qiymətləndirirdi.

Sözügedən mətbuat konfransında Çin rəsmiləri dünyanın toplama mərkəzi kimi qəbul etdiyi saxlanma düşərgələrini “təhsil düşərgəsi” kimi təqdim edərək artıq orada saxlanılan şəxslərin “təhsilini” başa vurduğunu elan edib.

Mətbuat konfransından öncə isə ilginc hadisə yaşanıb. Tədbirdən əvvəl uyğur türklərinin milli rəqs şousu baş tutub.

İnsan haqları müdafiəçiləri Sincanda yaşayan 1 milyondan çox türk və müsəlman azlığın toplama düşərgələrində saxlandığını bəyan edir, bunu rəsmi Pekinin assimilyasiya siyasəti olduğunu bildirirdi.


Müəllif: Cavad

Oxşar xəbərlər