4 Avqust 2019 09:28
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Texasda baş vermiş silahlı insidentlə bağlı sosial mediada paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Tramp atışma ilə bağlı Tvitter mikrobloqundakı paylaşımında dəqiq say qeyd etməsə də, ölənlərin olduğunu təsdiqləyib.

"Texas ştatının El Paso şəhərində dəhşətli atışma olub. Çox pis xəbər oldu, çoxlu sayda insan öldürülüb. Dövlət və yerli hakimiyyət orqanları, eləcə də aidiyyəti qurumlarla intensiv əlaqə yaradılır", deyə ABŞ prezidenti yazıb.

Qeyd edək ki, "Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb, 26 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər