İtaliyanın “Latsio” futbol klubunun tribuna lideri Fabrizio Pisçitelli öldürülüb.
Teleqraf.com xəbər verir ki, paytaxt Romada parklardan birində odlu silahla başından vurulan Pisçitelli olay yerində həyatını itirib.
“Diabolik” ləqəbilə ilə tanınan klubun tribuna rəhbəri sol qulağından vurulub.
O, beynəlxalq narkotik qaçaqmalçılığı, üzərində 2 milyon avro aşkar olunması, klubun oyunlarından əvvəl üzərində tapança tapılması və irqçiliklə tanınırdı.