Yaraqlılar Minsk protokol çərçivəsində daha 36 ukraynalı hərbçini əsirlikdən azad edib.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. O deyib ki, danışıqlar nəticəsində dünən 21 yaraqlı və 36 ukraynalı hərbçi əsirlikdən azad edilib.
Ukrayna prezidentinin sözlərinə görə, barışıq güclü müdafiə xəttinin tikilməsinə, şəhər və kəndlərin qorunmasına, ordunun möhkəmləndirilməsinə və əsirlərin azad edilməsinə imkan verir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.