8 Avqust 2019 21:13
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Gürcüstan müharibəsindən 11 il ötür. “İlk atəşi kim açdı” sualı hələ də tərəflər arasında mübahisə predmetidir. Rusiya Gürcüstanı, Gürcüstan Rusiyanı ittiham edir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiyanın iddiası odur ki, Gürcüstan ordusu Rusiyanın Cənubi Osetiyadakı sülhməramlılarına hücum edib:

“Rusiya bu bəhanə ilə ordunu hərəkətə gətirdi, tankları Tiflisə istiqamətləndi. Avropa ölkələri, o cümlədən Fransanın fəal vasitəçiliyi ilə müharibə dayandırıldı. Buna baxmayaraq, nəticə Gürcüstanın zərərinə oldu. Rusiya Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi”.

E.Şahinoğlu qeyd edib ki, 2008-ci il müharibəsinin başlanma səbəbi və inkişafı “Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilə bilərmi” sualına cavabı da tam çılpaqlığı ilə ortaya qoyur:

“Biz də Gürcüstan ordusu kimi Dağlıq Qarabağda hansısa hissəni azad etmək istəsəydik Rusiya “sülhməramlılarımıza atəş açıldı” deyib Dağlıq Qarabağın işğalını rəsmiləşdirəcəkdi. Bir anlığa təsəvvür edin ki, Rusiya sülhməramlıları bölgədə yerləşsəydi biz Lələtəpəni azad edə bilərdikmi? Ona görə də münaqişənin həllinin istənilən mərhələsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə icazə vermək olmaz. Onlar buralara gəlsələr, bir daha çıxmayacaq və illər uzunu başımıza dərd olacaqlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər