10 Avqust 2019 10:04
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar Rusiyada baş verən əlverişsiz hava ölkəmizə qarşı tətbiq olunan iqlim silahı ola bilər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Dumasının üzvü Aleksey Juravlyov teleproqramların birinin canlı yayımında Rusiyada baş verən yanğın və tufanla bağlı hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyaya qarşı iqlim silahı tətbiq edir:

“Biz yaxşı başa düşürük ki, belə yay ola bilməz. Moskvada leysanlar, Sibirdə yanğınlar baş verir. Hesab edirəm ki, bu, ciddi məsələdir və ona düzgün münasibət göstərməliyik”.

Deputat bildirib ki, Rusiya son yüzilliklərdə ilk dəfə silah sarıdan böyük üstünlük qazanıb və buna görə Qərb bilmir nə etsin.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər